Meksikanın Sakit okeanın sahilində yerləşən Puerto-Vallarta kurort şəhərinin yaxınlığında Destiladeras çimərliyində qeyri-adi varlıq tapılıb.
Qadin.Net oxu.az-a istinadən bildirir ki, əvvəlcə yerli sakinlər bu məxluqun delfin olduğunu düşünüblər və yenidən suya salmaq üçün ona kömək etməyə tələsiblər.
Lakin onlar yaxınlaşanda başa düşüblər ki, belə bir varlığı ilk dəfədir görürlər. Sahilə atılmış dəniz sakininin iti dişləri, uzun ilan kimi quyruğu var idi, gözləri və üzgəcləri isə yox idi.
Yerli sakinlər bu məxluqun okeanın dərinliyində yaşadığını düşünürlər.