Qadin.NET / Hər kəs bu qadınan danışır-SƏBƏB

Hər kəs bu qadınan danışır-SƏBƏB

Hər kəs bu qadınan danışır-SƏBƏB


Çindən Türkiyəyə qayıtdıqdan sonra 14 gün karantində saxlanılan şəxslər yaşadıqları ilə bağlı açıqlamalar veriblər. Onlardan birinin başına gələn qeyri-adi təsadüf isə xüsusi diqqət çəkib.

Karantində qalan şəxslərdən biri - Türkiyə vətəndaşı Burcu Önərin başına gələnlər barədə “Hurriyet” xəbər yayıb.

Təsadüf elə gətirib ki, qız doğulduğu palatada karantində qalıb

“Anama deyəndə ki, Ankaraya gedəcəyik, bu xəstəxanada qalacağıq, o, məni həmin tibb müəssisəsində, üçüncü mərtəbədəki 307 nömrəli otaqda dünyaya gətirdiyini dedi. Palataya daxil olanda doğulduğum otağa düşdüyümü gördüm. Bu, milyonda bir baş verə biləcək hadisə oldu”, - deyə B.Önər bildirib.

Qız karantində qaldıqları 14 gün ərzində onlara xoş sürprizlər edildiyini də deyib, buna görə dövlətə və səhiyyə nazirinə təşəkkürünü bildirib:

“Hamımız Uhandan gəldik. Orada ingilis dili müəlliməsi idim. Amma bundan sonra bu, mümkün görünmür”.

Xatırladaq ki, Çinin Uhan şəhərindəki Türkiyə vətəndaşları Silahlı Qüvvələrə məxsus ambulans təyyarə ilə fevralın birində Ankaraya gətirilib. Təyyarədə olanlar 14 gün ərzində bir nəfərlik otaqlarda müşahidə altında saxlanılıb.

Sözügedən təyyarə ilə 32 Türkiyə, altı Azərbaycan, üç Gürcüstan və bir Albaniya vətəndaşı təxliyyə edilib.

Artıq onların karantin müddəti başa çatıb. Onlarda xəstəlik əlamətləri aşkarlanmayıb

14 fevral 2020
GO BACK