"Evdə tək" filmi ilə məşhurlaşan aktyor Makoley Kalkin “Esquire” jurnalının yeni buraxılışı üçün fotosessiya etdirib.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, jurnala müsahibə də verən 39 yaşlı aktyor, rejissor Den Ridin əfsanəvi pop kralı Maykl Ceksonu zorakılıqda ittiham olunması barədə çəkdikləri “Neverləndi tərk edərkən” adlı sənədli filmdən də danışıb. Ekran işində seksual zorakılığa məruz qalan uşaqlar arasında Makoley Kalkinin də olduğu bildirilmişdi.
Məsələ ilə bağlı aktyor açıqlamasında bunları deyib:
“Maykl mənə heç vaxt pis bir şey etməyib. Ümumiyyətlə onun kiməsə pislik etdiyini də görməmişdim. Artıq Maykl dünyasını dəyişib və mənim nəyisə gizlətməyimin də heç bir mənası yoxdur. Əgər bu barədə hansısa məlumatım olsaydı, danışardım. Amma mən bununla bağlı heçnə görməmişəm”