Qadin.NET / Ana ölən qızı ilə dörd ildən sonra danışdı - VİDEO

Ana ölən qızı ilə dörd ildən sonra danışdı - VİDEO

Ana ölən qızı ilə dörd ildən sonra danışdı - VİDEO


Ana ölən qızı ilə yenidən ünsiyyət qura bilib. Bu, cənubi koreyalı mütəxəssislərin hazırladıqları virtual reallıq vasitəsi ilə mümkün olub. Qadin.Net bildirir ki, bu barədə “Aju Business Daily” xəbər yayıb.

Məlumata görə, MBC telekanalının çəkiliş qrupu 2016-cı ildə nadir xəstəlikdən dünyasını dəyişən səkkiz yaşlı Nayonun virtual modelini hazırlayıblar. Bunun üçün onlar səkkiz ay vaxt sərf ediblər.

Fevralın 6-da ana ilə qızın qovuşmasını əks etdirən sənədli film təqdim edilib

Virtual qızın prototipi olan aktyor uşaq sayəsində proqramçılar qızın hərəkətini modelləşdiriblər. Nayonun üç ölçülü modeli gülümsəyə, əldən tuta və hətta ölən qızın səsi ilə danışa bilir.

VR dəbilqə və taktil əlcək geyinən ana qızı ilə görüşü zamanı ağlayıb, balaca Nayon isə anası üçün çox darıxdığını deyib və ondan əlini tutmasını istəyib.

Qovuşma anını ailənin digər üzvləri – ata, bacı və qardaş ekrandan izləyiblər.

12 fevral 2020
GO BACK