Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva fevralın 11-də Heydər Əliyev Mərkəzində milli muğam sənətimizin görkəmli nümayəndəsi, Xalq artisti Əlibaba Məmmədov ilə görüşüblər.
Qadin.Net AzərTac-a istinadən xəbər verir ki, dövlətimizin başçısı Xalq artisti Əlibaba Məmmədova “Şərəf” ordenini təqdim edib.
Sonra Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və qızları Leyla Əliyeva Mərkəzdə nümayiş olunan sərgilərə baxıblar.