Qadin.NET / Divardan axan maddənin nə olduğunu öyrənəndə şoka düşdü - VİDEO

Divardan axan maddənin nə olduğunu öyrənəndə şoka düşdü - VİDEO



Evinin divarındakı çatdan axan maddənin, əslində, qonşusunun parçalanmış bədəninə aid olduğunu öyrənən gənc şoka düşüb. Dəhşətli hadisə ABŞ-ın Minnesota ştatının Minneapolis şəhərində baş verib.

Qadin.Net bildirir ki, bu barədə “The Mirror” xəbər yayıb.

Ey Cey Makkredi tavandakı çatdan evinin divarına axan tünd rəngli axıntı izləri görüb. Baş verənlərin səbəbini araşdırmaq üçün o, fəhlə çağırıb. Ancaq o da axının səbəbini və qatrana oxşayan mayenin tərkibini müəyyən edə bilməyib.

Qərara alınıb ki, yuxarı mərtəbədəki mənzilə çıxsınlar və qonşuda da eyni problemin olub-olmadığını öyrənsinlər. Ancaq gördükləri mənzərə onları heyrətə salıb: Yerdə kişi meyiti var idi.

Onlar dərhal polis çağırıblar. Məlum olub ki, ev sahibi bir həftədən çoxdur ki, ölüb. Kişinin cəsədi parçalanıb və divardakı çatdan aşağı mərtəbədəki Makkredinin evinə tökülüb.

İlkin ehtimallara görə, qonşu yuxuda ikən ölüb


Divardan axan maddənin nə olduğunu öyrənəndə şoka düşdü - VİDEO


11 fevral 2020
GO BACK