Müğənni Enrike İqlesisas 3-cü dəfə ata olub.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, bu barədə ifaçının qardaşı radio verilişlərinin birində məlumat verib. Lakin o, uşağın cinsiyyətini açıqlamaqdan imtina edib.
Qeyd edək ki, bu ilin yanvarında rusiyalı tennisçi Anna Kurnikova ilə sevgili olan Enrikenin növbəti dəfə valideyn olacaqları barədə xəbərlər yayılmışdı. Bir neçə gün əvvəl paparatsilər onları istirahət edərkən yaxtaların birində görüntüləmişdi.
Cütlüyün 2017-ci ildə dünyaya gələn əkiz övladları da var.