Qadin.NET / Sevgilisini partlatmağa çalışdı-ŞOK NƏTİCƏ-FOTO

Sevgilisini partlatmağa çalışdı-ŞOK NƏTİCƏ-FOTO

Sevgilisini partlatmağa çalışdı-ŞOK NƏTİCƏ-FOTO


Keçmiş sevgilisini əldəqayırma bomba ilə partlatmaq istəyən şəxs başqasını yaralayıb. Hadisə Rusiyanın Yekaterinburq şəhərində baş verib.

Qadin.Net bildirir ki,  bu barədə Lenta.ru xəbər yayıb.

Bildirilir ki, özəl klinikaların birində diş həkimi işləyən gənc bir yerdə yaşadığı qadını özünün hazırladığı bomba ilə partlatmaq istəyib. Bu işə o öz tanışını da cəlb edib. Həmin şəxs zərərçəkənin evinin qarşısında bombanı yerləşdirib.

Lakin həmin vaxt oradan keçən Mənzil İstismar İdarəsinin əməkdaşı bombanı aşkar edib və bunun adi zibil olduğunu düşünərək zibil qutusuna tərəf yollanıb. Bomba da onun əlində partlayıb.

Qadının bədəninin üç faizi birinci və ikinci dərəcəli termik yanıq xəsarəti alıb.

Təhqiqatlar zamanı şübhəlilər müəyyən olunub və saxlanılıblar. Məhkəmə zamanı onların təqsiri sübut olunub. İcraçının psixoloji vəziyyətində pozuntular aşkarlanıb və o, məcburi müalicəyə göndərilib.

İşi təşkil edən 28 yaşlı gənc isə 10,5 il müddətinə azadlıqdan məhrum edilib. O, ağır rejimli cəzaçəkmə müəssisəsində cəzasını çəkəcək

 

Sevgilisini partlatmağa çalışdı-ŞOK NƏTİCƏ-FOTO

Sevgilisini partlatmağa çalışdı-ŞOK NƏTİCƏ-FOTO

Sevgilisini partlatmağa çalışdı-ŞOK NƏTİCƏ-FOTO

Sevgilisini partlatmağa çalışdı-ŞOK NƏTİCƏ-FOTO

Sevgilisini partlatmağa çalışdı-ŞOK NƏTİCƏ-FOTO


10 fevral 2020
GO BACK