Qadin.NET / Oğlan toyunda Aynişanın başına İŞ GƏLDİ

Oğlan toyunda Aynişanın başına İŞ GƏLDİ

Oğlan toyunda Aynişanın başına İŞ GƏLDİ


“Qız toyundan tamamilə fərqli obrazda oldum oğlan toyunda. Düzdü, əslində bu tərz heç ağlıma belə gəlməmişdi və ümumiyyətlə, başqa bir əlbisə hazırlanmışdı. Son anda yaşadığımız texniki problemlərə görə, toya bir neçə saat qalmış biz qaçdıq gəlinlik donu axtarışına”.

Qadin.Net publika.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva instaqramda paylaşıb.

Tanınmış instaqram fenomeni bir neçə gün əvvəl baş tutan toyu haqqında təəssüratlarını izləyiciləri ilə bölüşüb: “Heç şişirtmədən, necə var, elə də yazacam. Bir neçəsini geyindim baxdım, amma buna aşiq olduq hamımız. Üstündə Qafqaz elementləri əks olunmuş bu geyimi seçsəm də, bədən quruluşuma oturtmaq əslində bir neçə gün tələb edirdi. Bütün dərzilər əlindəki işlərini dayandırıb sadəcə bu geyimlə məşğul oldu. Cəmi 1 saata gəlinlik hazır oldu və mən artıq panikam bitmiş halda evə döndüm. Anam deyir ki, yaxşı ki, mənə demədin, yoxsa infarkt keçirərdim”

10 fevral 2020
GO BACK