Məşhur Hollivud aktyoru Billi Porter 92-ci “Oskar” mükafatının təqdimat mərasiminə qadın paltarında və dabanlıqlı ayaqqabıda gəlib.
Qadin.Net oxu.az-a istinadən xəbər verir ki, mərasimə erkən qatılan aktyor qırmızı xalçada şəkil çəkdirməyə də macal tapıb.
Qeyd edək ki, ötən il də aktyor qara don geyinmişdi. Bir neçə gün öncə isə Billi Porter “Sezam küçəsi” uşaq verilişinə qara donla çıxaraq amerikalı izləyiciləri qəzəbləndirmişdi.