Türkiyəli müğənni Soner Sarıkabadayının məhkəməyə verdiyi həmkarı Edis Görgülü barədə qərar çıxıb.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, iclasda “PDND Müzik”in sahibi S.Sarıkabadayı aralarında müqavilə olmasına rəğmən başqa musiqi şirkəti ilə razılaşma əldə edən E.Görgülüyə qarşı iddialar səsləndirilib. Onun 30 min lirə təzminat verməsi tələb olunub.
Məhkəmə isə müqavilə şərtlərinin ağır və asılılıq tərkibində olduğunu nəzərə alaraq şikayəti rədd edib.
Qeyd edək ki, Edis 2014-cü ildə S.Sarıkabadayının şirkətindən çıxardığı “Benim ol” mahnısı ilə məşhurlaşıb. Müqaviləsi davam edərkən 2016-cı ilin oktyabrında başqa musiqi şirkəti ilə işləməyə başlayıb. Hadisələrdən sonra Soner müğənnini “vəfasız” adlandıraraq 30 min lirə təzminat tələb edib