Türkiyəli aktrisa Gülsim Ali İlhan ona gül yollayan, qapısına üzük qoyub gedən və "boxçanı topla" deyə mesaj göndərən pərəstişkarından polisə şikayət edib.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, aktrisanı narahat edən Timuçin K. adlı şəxsə 3 aylıq həbs cəzası verilib. O, "niyyətim pis deyildi. Ona zərər vurmaq istəmirdim" deyə özünü müdafiə edib.
25 yaşlı aktrisanın vəkili isə "Gülsim qorxuyla yaşayır", - cavab verib