"Yuventus"un portuqaliyalı ulduzu Kriştiano Ronaldonun sevgilisi Corcina Rodrigez 70-ci dəfə keçirilən San-Remo musiqi festivalında öz rəqsi ilə gecəyə damğa vurub.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, festivalın aparıcısı Corcina olub.
Cazibədar rəqsi ilə bütün diqqəti üzərinə çəkən Corcina gecə boyunca 3 libas dəyişib.
Rəqsdən sonra K.Ronaldo sevgilisinə gül buketi təqdim edərək onu öpüb.