Dünyanın ən gənc milyarderi olan Kayli Cenner Amerikanın “Harpers Bazaar” jurnalı üçün fotosessiya etdirib.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, 22 yaşlı model nəşrin yeni çəkilişi üçün Fransa kraliçası Mariya Antuanettanın obrazını yaradıb.
Məşhur brendlərə məxsus geyimlərdə kamera qarşısına keçən Kaylini 2 yaşlı qızı Stormi də tək qoymayıb.
Qeyd edək ki, Kayli Cenner bir müddət əvvəl qızı ilə birlikdə hazırladığı yeni kosmetika kolleksiyasını təqdim etmişdi