Çində yayılan koronavirusla bağlı Uhan şəhərində 2 həftə ərzində 2-ci infeksion xəstəxana tikilib.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, bu barədə Uhan merinin müavini Xu Yabon mətbuat konfransında məlumat verib.
1600 çarpayılıq “Leyşenşan” hospitalı bu gündən etibarən 2 minə yaxın həkimlə xəstələri qəbul edəcək.
Qeyd edək ki, bu həftə Uhan şəhərində səkkiz gün ərzində tikilən "Xoşnşan" xəstəxanası da istifadəyə verilib