İndoneziyadan olan fotoqraf Anil Prabxakar Malayziyada yerləşən Borneo adasındakı qoruqda maraqlı şəkillər lentə alıb.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, fondun əməkdaşlarından biri adada yerləşən bataqlığı ilanlardan təmizləmək üçün sinəsinə qədər suya girib. Bu zaman həmin ərazidə olan oranqutan, kişinin bataqlıqda batdığını ehtimal edib və yaxınlaşaraq ona əlini uzadıb. Oranqutanın vəhşi canlı olduğunu bilən işçi isə onun yardımından imtina edib.
Qeyd edək ki, Borneodakı qoruqda hazırda 650-dən çox oranqutan qorunur