Rusiyalı alimlər tibbi maskalar üçün virusları öldürə bilən xüsusi material hazırlayıblar.
Qadin.Net bildirir ki, bu barədə “Nauka v Sibiri” xəbər yayıb.
Bildirilir ki, material Rusiya Elmlər Akademiyasının Sibir Bölməsinin Bərk Dövlət Kimya və Mexanokimya İnstitutunda hazırlanıb. O, meltblaun və nanogümüşdən təşkil olunub.
Bu cür maskalar A tipli qrip virusunu, stafilokkoku və “Escherichia coli” bağırsaq çöpünü öldürür. Hətta uzun müddətili kontaktda bu materialın effektivliyi daha da artır. “2019-nCoV” tipli koronavirusla bağlı sınaqlar isə hələ aparılmayıb, ancaq alimlər hesab edirlər ki, bu maskalar ona qarşı da effektiv olacaq.
Maskaları 10 saat işlətmək olar, onlar öz-özünə təmizlənə də bilir. Bununla belə, onları saat yarım - iki saatdan bir dəyişmək tövsiyə olunur.
Rusiyalı elm adamları çinli həmkarları istəyəcəkləri təqdirdə bu materialları onlara təqdim etməyə hazır olduqlarını bəyan ediblər