“Məşhur yazıçı Heminquey deyir ki, həyatda ən gözəl duyğu bütün qüsurlarınızı bilsə də, sizin çox möhtəşəm olduğunuzu düşünən adamın olmasıdır. Mən onunla tam razıyam”.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, bu sözləri türkiyəli aktyor Çağatay Ulusoy “Hello” jurnalına verdiyi açıqlamada deyib. Daha sonra aktyor dəniz və balıq sevgisindən danışıb:
“Dənizdən və balıqdan yaşama dair lazım olan hər şeyi öyrənirəm. Balıq tuturam. Dalğıc məni çox sakitləşdirir. Qaranlığın gətirdiyi dincliyi sevirəm. Evdə kiçik kompozisiyalar bəstələyirəm, zaman-zaman oxuyub ifa edirəm. Tamamilə əylənmək üçün, heç vaxt müğənnilik haqqında ciddi düşünməmişəm”.