“Microsoft” şirkətinin sahibi Bill Qeyts və həyat yoldaşı Melindanın xeyriyyə fondu koronavirusla mübarizə üçün 100 milyon dollar pul yardımı edəcək.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, fond koronavirus üçün vaksinlərin axtarışı, hazırlanması və sınaqdan keçirilməsinin sürətləndirilməsi üçün təxminən 60 milyon dollar (təxminən 102 milyon manat), xəstəliyin aşkar olunduğu şəxslərin müalicəsi üçün 20 milyon dollar (təxminən 34 milyon manat), Afrika və Cənubi Asiya əhalisinin də virusdan qorunması üçün 20 milyon dollar (təxminən 34 milyon manat) pul ayıracaq.
Böyük pul vəsaiti beynəlxalq təşkilatlara və o cümlədən Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) göndəriləcək.
Qeyd edək ki, son məlumatlara görə, 26 ölkədə qeydə alınan virusa 24584 nəfərin yoluxduğu, 493 nəfərin isə dünyasını dəyişdiyi deyilir