Alimlər müasir texnologiyanın köməyi ilə dünyanın ən yaraşıqlı kişilərini müəyyən ediblər.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, tanınmış aktyorlar və idmançılar arasında həyata keçirilən axtarışda, üzün proporsional quruluşu olan qızıl bölmə prinsipindən istifadə edilib.
Siyahıda "Alatoranlıq" filmindəki obrazından sonra milyonlarla qadının sevimlisinə çevrilən britaniyalı aktyor Robert Pattinson birinci yeri tutub. Onun üzünün parametrləri ideala 92,5% yaxın olub.
İkinci yerdə isə “Superman” obrazını canlandıran britaniyalı aktyor Henri Kavillu qərarlaşıb.
Üçüncü yeri Bredli Kuper, 4-cü və 5-ci yerləri isə Bred Pitt və Corc Kluni tutub.