Mağazalarda, AVM-lərdə, terminallarda və ya bankomatlarda davamlı əlimizdə olan çeklərin sağlamlığınızı təhlükəyə atdığını bilirdinizmi?
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, çeklərdə olan BPA ("Bisfenol-A") maddəsi sonsuzluqdan xərçəngə qədər bir çox problemə səbəb olur.
Türkiyəli fitoterapiya mütəxəssisi Buğra Buyrukçu istehlakçılara insan sağlamlığına ziyan vuran "Bisfenol-A" maddəsi tərkibli məhsullar barədə xəbərdarlıq edib.
Ən sıx istifadə etdiyimiz və ya toxunduğumuz məhsulların ilk pilləsində alış-veriş çekləri və plastik qabların gəldiyini söyləyən ekspert onlarla təmasın təhlükəsi barədə danışıb.
" "Bisfenol-A" qadınlarda yumurtalıqların həcmini azaldır, erkən menopozun yaranmasına səbəb olur. Embrionun uterusa yapışmasını çətinləşdirir. Bu kimyəvi maddəyə davamlı məruz qalan hamilə qadınların körpələri risk altındadır. Doğuşdan sonra davranış pozğunluğu yarana bilər".