Çində ölümcül koronavirusunun tüğyan etdiyi Hubey vilayətində çox sayda avtomobil şırnaqlarla ətrafa tərkibi məlum olmayan su səpir.
Qadin.Net publika.a-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə videolar yayılıb. Bəzi mənbələrin iddiasına görə, koronavirus əleyhinə aparılan dezinfeksiya işləri zamanı istifadə olan suyun tərkibi olduqca təhlükəlidir. Onun tərkibində kimyəvi maddələrin olduğu irəli sürülür.
Bu insanların səhhətinə də mənfi təsir göstərir. Hələlik hökumət məsələ barədə açıqlama verməyib.