Türkiyəli müğənni Demet Akalın qızı Hiraya doğum günü keçirib.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, sənətçi qızının 6-cı yaş günündə ona 270 min lirə (təxminən, 76 min 757 manat)dəyərində mikroavtobus hədiyyə edib.
Avtomobili xüsusi dizayn etdirən ifaçı onu çəhrayı rəngə boyatdırıb. Həmçinin, içinin dizaynını da eyni rəng etdirib.
Hiranın doğum gününə D.Akalının sənət yoldaşları Dəniz Səki, Emel Müftüoğlu, Özləm Yıldız, Işın Karaca, Gülben Ergen kimi məşhurlar qatılıb. Onlar kostyumları ilə diqqət çəkiblər.