Fevralın 2-də üçüncü dəfə ana olan dünya şöhrətli əslən ukraynalı Hollivud ulduzu Milla Yovoviç ilk dəfə qız övladının görüntülərini paylaşıb.
Qadin.Net xəbər verir ki, körpəsinə Ouşan Lark Eliot Yovoviç-Anderson adını qoyan məşhur kino ulduzu sosial media hesabında qızının adı ilə bağlı gülüşə səbəb olacaq status paylaşıb.
“Bəli, ad uzundur, amma sonra özünə hansı adı istəsə, özü seçə biləcək”
Bazar günü aktrisanın böyük qızı xəstəxana palatasından ailə fotolarını yayımlamışdı. İndi ananın özü körpənin yeni şəkillərini paylaşıb.
Xatırladaq ki, rejissor Pol Andersonla evli olan Millanın 12 yaşlı Eva və 4 yaşlı Daşiyel adlı iki qız övladı var