“Koronavirus simptomları olmayan insanların yalnız maskadan istifadə etməsi epidemiyadan 100% qorunmağı təmin edə bilməz. Gigiyenik tələblərə də riayət etmək lazımdır”
Qadin.Net publika.a-a istinadən xəbər verir ki, bu ifadələr Ümumdünya Səhiyyə Təşkilatının Çində yayılan koronavirusla bağlı ən son açıqlamasında yer alıb.
“Virusla bağlı pandemiya hazırda müzakirə mövzusu deyil. Çin Ümumdünya Səhiyyə Təşkilatından maska tələb etməyib. Virusun yayılmasını dayandırmaq üçün ən lazımlı şey xəstə insanların maskadan istifadə etməsidir. Bu ana qədər koronavirus mutasiyaya uğramayıb. Olduqca sabit virusdur”.