İbrahim Tatlıses sosial media hesabından üsyanını çatdırıb.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, müğənni instaqram səhifəsində mesaj paylaşaraq "kimsənin qaranlığına işıq olmağa gəlmədim" deyib:
"Mən sadəcə yaxınlarıma işığam. Üzərimə odla gəlməyin, məni yandırmağa cürət etməyin, yoxsa sizi yandıraram. Ümmanam - həm söndürür, həm boğaram. Məni dərə sananların aqibəti sunamidir. Bu sözlərim yaxınlarıma aid deyil. Hədəflərim bəllidir. Vulkan kimiyəm, püskürə bilərəm. Bu arada şəhidlərimizə Allahdan rəhmət, yaxınlarına səbr diləyirəm. Başımız sağ olsun Türkiyəm"