Dünyanın ən gözəl qızı hesab olunan Bella Hadid “Victoria's Secret”də çalışarkən seksual xarakterli hərəkətlərə məruz qaldığını açıqlayıb.
Qadin.Net bildirir ki, “New York Times” nəşrinin məlumatına görə, yalnız Bella Hadid deyil, başqa modellər də şirkətdə belə bir vəziyyətin olmasından şikayət ediblər.
Bacısı Gigi Hadidlə birlikdə üç dəfə şirkətin tədbirlərində iştirak edən Bella Hadid məhz brendin marketinq direktoru Ed Razek tərəfindən seksual xarakterli hərəkətlərə məruz qaldığını qeyd edib