Xalq artistləri Firəngiz Mütəllimova və Fatma Mahmudova yenidən eyni seriala çəkiliblər.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, onlar “Bacanaqlar” serialında olduğu kimi “Ailəmiz” adlı ekran işində də quda obrazını canlandırıblar.
Ötən həftədən etibarən ATV-də başlayan serial komediya janrındadır. Ekran işində aktrisa Sevinc Əliyeva və aktyor Əlibəy Məmmədli də baş rolları canlandırır.
Qeyd edək ki, layihəni aktyor Elməddin Cəfərov ərsəyə gətirib