Qadin.NET / Gürcüstanda 3 nəfər coronavirus şübhəsi ilə nəzarətə alındı

Gürcüstanda 3 nəfər coronavirus şübhəsi ilə nəzarətə alındı

Gürcüstanda 3 nəfər coronavirus şübhəsi ilə nəzarətə alındı


"Gürcüstanda üç pasiyent koronavirus şübhəsi ilə həkim nəzarətinə götürülüb".

Qadin.Net Milli.Az-a istinadən xəbər verir ki, bunu Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.

O deyib ki, ölkədə koronavirusa yoluxma halı qeydə alınmayıb.

Gürcüstanın məcburi köçkünlərin işləri, əmək, səhiyyə və sosial müdafiə naziri Ekaterine Tikaradze öz növbəsində bildirib ki, ölkədə koronavirusla bağlı mübarizə üçün tələb olunan bütün resurslar var.

Nazirin sözlərinə görə, üç pasiyentlə bağlı analiz nümunələri Almaniyaya göndərilib və sabah yekun nəticələr məlum olacaq.

3 fevral 2020
GO BACK