Rusiyanın Çelyabinsk vilayətində azyaşlı reklam xidmətində satışa çıxarılıb.
Qadin.Net xəbər verir ki, “Qovorit Moskva”nın xəbərinə görə, Maşa adlı qızın satışı ilə bağlı internetdə reklam yerləşdirilib.
Vilayətdə uşaq hüquqları üzrə səlahiyyətli şəxs Yevgeniya Mayorova bunu Maşanın qardaşının zarafatla etdiyini bildirib
Onun sözlərinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları bu faktla bağlı yoxlama aparırlar. Onların nəticələrinə əsasən müvafiq qərar veriləcək.
“ Lazım gələrsə, Müvəkkil ailə ilə birlikdə işləməyə hazır olduğunu bildirir”, - deyə Mayorova əlavə edib.
Xatırladaq ki, populyar reklam xidmətində azyaşlı qız beş min rubla (133 AZN) satışa qoyulub.