Qadin.NET / Çinli ananın fəryadı: “Nə olar, qızımı aparın...” - VİDEO

Çinli ananın fəryadı: “Nə olar, qızımı aparın...” - VİDEO

Çinli ananın fəryadı: “Nə olar, qızımı aparın...” - VİDEO


Koronavirus epidemiyası ilə əlaqədar Çinin bir çox şəhərlərində karantin tədbirləri milyonlarla insanı yaşadıqları şəhərlərə həbs edib. Belə karantin qurbanlarından biri də Lu Yuejin adlı qadın və onun 26 yaşlı xərçəng xəstəsi qızı Hu Pingindir.

Qadin.Net bildirir ki, bu barədə “HaberGlobal” xəbər yayıb.

Bildirilir ki, ana qızını kimyəvi terapiya üçün Hubeydən Szyansiyə aparmaq istəyib, ancaq ona izn verilməyib. Bununla bağlı yayımlanan kadrlarda qadının hərbçilərə yalvardığı görünür:

“Xahiş edirəm, qızımı keçirin. Onunla bərabər getməyim lazım deyil, sadəcə qızımın keçməsinə izn verin”, - deyə ana yalvarıb.

Lu Yuejin göz yaşları içərisində polislərlə danışarkən, qızı yorğana bürünmüş halda yerdə oturub.

 “Qızımın Szyansi xəstəxanasına getməsi lazımdır. O, müalicə olunmalıdır, amma bizə icazə vermirlər”, - deyə ana kədərli halda media əməkdaşlarına bildirib.

Nəzarət məntəqəsində uzun müddət gözləyən qadının media ilə dialoqundan sonra hərəkətə keçən polis təcili yardım maşının gəlməsini təşkil edib və ana ilə qızını xəstəxanaya yola salıb.

Sevincini gizlətməyən ana tək istəyinin qızının həyatını qurtarmaq olduğunu bildirib.

Xatırladaq ki, dekabrın 31-də Çin hökuməti ölkənin mərkəzi hissəsində yerləşən Uxan şəhərində naməlum sətəlcəm xəstəliyinin yayılması barədə Dünya Səhiyyə Təşkilatına məlumat verib. Mütəxəssislər xəstəliyin törədicisini təyin edərək bunun “2019-nCoV” koronavirus olduğunu bildiriblər. Yeni epidemiya ilə əlaqədar Çinin demək olar ki, bütün şəhərlərində karantin elan olunub. Xəstəliklə əlaqədar hər gün onlarla insan həyatını itirir. Son məlumatlara görə, virusa yoluxanların sayı 17205 nəfərə yüksəlib, onlardan 2296-nın vəziyyəti ağır qiymətləndirilir, ölənlərin sayı isə 521 nəfərə çatıb

3 fevral 2020
GO BACK