Rusiyanın Astarxan vilayətində hər kəsi duyğulandıran hadisə yaşanıb.
Qadin.Net teleqraf-a istinadən xəbəri verir ki, İdil çayına it düşüb. Bunu görən sakinlərdən biri dərhal paltarlarını çıxararaq, suya tullanıb. O, suyun soyuq olmasına baxmayaraq, həyatını riskə atıb və iti xilas edib.
Hadisənin şahidi olanlar baş verənləri sosial mediada paylaşıblar və həmin şəxsi qəhrəman adlandırıblar.