Avstraliyanın Sidney şəhərində yaşanan maraqlı bir hadisə ölkə gündəmini zəbt edib.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, oğurluqda ittiham olunaraq axtarışa verilən 23 yaşlı Tiffani Ann Brisleyn polisin "Facebook" səhifəsində paylaşdığı şəklini bəyənməyənlərə cavab verib. O, fotonu bəyənməyib şərh yazanlara "Hər gün belə görünmürəm, səhvən çəkilən şəkildir" deyə cavab yazıb. Daha sonra polis "Biz səni tapmadan əvvəl təslim olsan, yaxşı olar" yazısına isə Tiffani səssiz qalıb.
23 yaşlı qadın bir neçə saat sonra öz səhifəsində yeni foto paylaşaraq, "Əsl görünüşüm belədir" sözlərini qeyd edib.
Annın bu hərəkəti bəzilərini qıcıqlandırsa da, bəzilərinin gülüşünə səbəb olub.