Qadin.NET / Mehriban Əliyeva gəncləri təbrik etdi

Mehriban Əliyeva gəncləri təbrik etdi

Mehriban Əliyeva gəncləri təbrik etdi


Birinci vitse-prezident Mehriban Əliyeva 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə rəsmi İnstaqram səhifəsində paylaşım edib.Qadin.Net xəbər verir ki, paylaşımda deyilir:"Əziz gənclər, Sizin hər birinizi Azərbaycan Gəncləri Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Siz – ölkəmizin gələcəyisiniz. Mən əminəm ki, siz öz zəkanız, biliyiniz, bacarığınızla, qələbə və nailiyyətlərinizlə xalqımızı daim sevindirəcək və Azərbaycanın inkişafına layiqli töhfənizi verəcəksiniz. Bütün gənclərimizə möhkəm cansağlığı, tükənməz ruh yüksəkliyi, gözəl əhval-ruhiyyə, xoşbəxtlik və firavanlıq arzulayıram!"
2 fevral 2020
GO BACK