Tanınmış model-aktrisa Dəniz Akkaya 2 ildir cinsi həyatı olmadığını etiraf edib.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, ulduz müsahibəsində kök adamlarla münasibət qurmağı xoşlamadığını deyib:
“Qarşı cinslə münasibət qurmaq mənim şəxsi seçimimdir. Kök kişi ilə birlikdə ola bilmərəm. Vücuduma bu qədər hörmət göstərdiyim halda, artıq çəkili bir adamın yanında olmağım mümkün deyil. Son sevgilimdə piylənmə problemi var idi. Ya o, məni sağlam olmayan bir həyata aparacaqdı, ya da mən onu sağlam həyat tərzinə gətirəcəkdim. İkimiz də edə bilmədik və ayrıldıq. Ancaq normal dostlarım üçün bu, keçərli deyil”.
Daha sonra o, jurnalistin “Bu qədər idmanın cinsəl həyata təsiri olur” sualına belə cavab verib:
“Heç cinsəl həyatım yoxdur, gecələri qarın əzələlərimi qucaqlayıb yatıram. Həyatında heç kim olmayanda, özünü idmana həsr edirsən. Bazar günləri idman salonunu ilk mən açıram, beş fərqli müəllimim var. Krossfit, fitness, yoga, boks, dirək rəqsi edirəm... Bütün enerjimi atıram. Əzələli olmağa mane olan 3 səbəb var: Şəkər, alkoqol və sevgilin... Bədənim məni xoşbəxt edir.
Ötən günlərdə Cem Yılmaz çox gözəl bir söz dedi: “Evə erkən gedib yatağa Cem Yılmazla girirəm. Mən də yatağa Dəniz Akkaya ilə girirəm. Bu, çox dəyərlidir, hər kəslə paylaşmam. Həyat belə də əyləncəlidir. Kimisə rədd edib evə getmək eqonu yüksəldir. Bu, bir anlıq həzdən daha çox kef verir”