46 yaşlı Keyt Bekinseyl fotolarına baxdıqda avtomatik olaraq çörəyi bir kənara qoyub dərhal idmana başlamaq istəyirsən. Yaşından xeyli cavan görünən ulduzun ahəngdarlığı, gümrah və inanılmaz dərəcədə cavan görünüşünün sirləri həqiqətən də maraqlıdır. Bəs o, yaşından 2 dəfə cavan görünmək üçün nə edir?
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, Keyt uşaqlıqdan baletlə məşğul olub, bu, əlbəttə ki, aktrisanın nümayiş etdirdiyi hərəkətlərdə özünü göstərir. Ancaq gözəl bədən quruluşuna sahib olmaq üçün ciddi məşqlər tələb olunur. Aktrisa 20 yaşında “Pearl Harborun” filminə çəkiləndə idmanla məşğul olmağa başlayıb. Çünki rejissor onun qarşısına arıqlamaq vəzifəsini qoymuşdu. O vaxtdan bəri, təxminən 25 ildir ki, Keyt idmanı atmayıb, hətta mükəmməl məşqçilər də onun dayanıqlığına təəccüb edir.
Bekinseyl həftədə altı dəfə bir saat məşq edir, eyni zamanda boks və kardio ilə məşğul olur. Yeri gəlmişkən, aktrisanın favoritləri arasında avarçəkmə də daxildir.
Keytin sözlərinə görə, məşqlər onun yaxşı əhval-ruhiyyəsinin əsası olub. Bundan əlavə: o, güzgüdəki qüsursuz əksini demək olar ki, gündəlik fəaliyyətin təsiri kimi qəbul edir. Aktrisa çəkilişlərə yollananda yoqa edir. Boş vaxtı və ilhamı olanda müxtəlif təcrübələr aparır. Ulduzun son hobbilərinə tramplində tullanmalar daxildir
Təlimdən əvvəl Keyt proteinli qidalar yeyir: təbii kərə yağı, toyuq və ya yumurta. Bu məhsullar onun qidalanmasının əsasını təşkil edir. Aktrisa zülalların bir hissəsini göyərti ilə parçalayır: ən sevilən məhsulları arasında Brüssel kələmi və turp var. Əlbəttə ki, bəzən özünə pəhrizdən kənara çıxmağa icazə verir. Əgər məşqlərin qrafiki pozulmursa, heç bir qorxusu yoxdur.