4,5 aylıq hamilə olan aktrisa Cansu Tosun yeni imici ilə gündəmə gəlib.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, Cansu yeni saç düzümündə çəkilmiş şəklini sosial media hesabında izləyiciləri ilə bölüşüb. Aktrisanın yeni görünüşü izləyicilərin bəziləri tərəfindən bəyənilsə də, bəzilərinin xoşuna gəlməyib. Bəzi izləyicilər isə hamilə aktrisanın bu hərəkətinə təəccübləndiklərini qeyd ediblər.
Qeyd edək ki, “Çukur”un “Vartolu Sadəttin”i Erkan Kolçak Köstəndil ilə ailəli olan Cansunun oğlu olacaq. Cütlük övladlarına Marsel adı qoyacaq.