Müğənni Əhməd Kaya haqqında çəkilən "İki Gözüm: Ahmet" filmi məhkəməyə verilib.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, ifaçının həyat yoldaşı Gültən Kaya və qızları ekrn işinin efirə getməməsi üçün məhkəməyə müraciət ediblər.
Məhkəmə istəyi qəbul edib və fevralın 7-də yayımlanacağı gözlənilən filmin nümayişini dayandırmaq qərarı verib.
Xatırladaq ki, bir müddət əvvəl ifaçının ailəsi mətbuata müsahibəsində bildirib ki, Əhməd Kayanın ailəsindən icazə alınmadan, onun həyatını mövzuya çevirən bütün layihələr Türkiyə Cümhuriyyətində və bütün dünyada qanunsuzdur.