Qadin.NET / Ronaldo yenə ən yaxşı oldu

Ronaldo yenə ən yaxşı oldu

Ronaldo yenə ən yaxşı oldu


İtaliyanın “Yuventus” klubunun hücumçusu Kriştiano Ronaldo A Seriyasında yanvar ayının ən yaxşı futbolçusu seçilib.

Qadin.Net teleqraf-a istinadən xəbər verir ki, portuqaliyalı hücumçu cari ayda meydana çıxdığı 4 oyunda 7 qol vurub və bir məhsuldar ötürmə edib. Ronaldonun cari mövsümdə vurduğu qolların sayı isə 17-yə çatıb.

Qeyd edək ki, A Seriyasının bombardirlər sıyahısına Çiro İmmobile (“Latsio”) başçılıq edir. Hücumçu cari mövsümdə 23 qol vurub

1 fevral 2020
GO BACK