Krallıqdan imtina edən aktrisa Meqan Markl artıq öz karyerasını davam etdirməyi düşünür.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, aktrisa filmlərdə rol almaq üçün artıq fəal agent və ya menecer axtarışına da çıxıb.
Yayılan məlumatlara görə Meqan “Netflix” və “Disney” şirkətləri ilə müqavilə də bağlayıb. Keçmiş hersoginya burada sənədli filmlərin istehsalı və səsləndirilməsi ilə məşğul olacaq.