Qadin.NET / "50 Cent" Hollivud ulduzu oldu

"50 Cent" Hollivud ulduzu oldu

"50 Cent" Hollivud ulduzu oldu


“50 Cent” ləqəbi ilə tanınan dünyaca məşhur amerikalı repçi Kertis Cekson Hollivudun “Şöhrət Xiyabanı”nda ulduz alan növbəti məşhur olub.

Qadin.Net axşam.az-a istinadən  xəbər verir ki, təqdimetmə mərasimində ifaçını dəstəkləməyə həmkarları Eminem (Marşal Bryus Meters) və Dr.Dre (Andre Romell Yanq) də gəlib.

Los-Ancelesdə hər il 10 milyon insanın ziyarət etdiyi Xiyabanda “50 Cent”in ulduzu sayca 2686-cı olub.

Qeyd edək ki, ifaçıya 2000-ci ildə sui-qəsd hazırlanmışdı. 9 güllə yarası alan Kertis xoşbəxtlikdən sağ qalması ilə məşhurlaşmışdı

"50 Cent" Hollivud ulduzu oldu


1 fevral 2020
GO BACK