Xəbər verdiyimiz kimi, aktrisa Monika Belluççinin Vansan Kasseldən olan qızı Deva Kassel İtaliya markası - “Dolce & Gabbana”nın yeni kolleksiyasının siması olub.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, baharda satışa çıxarılacaq “Dolce Shine” adlı yeni ətrin siması olan Devanın artıq sözügedən reklam çəkilişlərinin fotoları yayılıb.
Ətir yüngül notlardan ibarətdir.
Deva Kassel 16 yaşı olmasına baxmayaraq, gözəlliyi ilə anasını da kölgədə qoymağı bacarıb. Onun fotoları sosial şəbəkələrdə diqqət çəkib