“Madame X” turnesi çərçivəsində 5 dəfə konsertini təxirə salan amerikalı müğənni Madonna tanınmaz hala düşüb.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, 61 yaşlı ifaçının “London Palladium” sarayındakı 2-ci konsertindən sonra fotoqraflar onun şişmiş üzünün şəkillərini çəkiblər.
Madonnanın üzündəki şişkinliyin hər hansı bir xəstəliklə və ya estetik əməliyyatla bağlı olub-olmadığı isə hələ ki, məlum deyil.
Qeyd edək ki, dünya ulduzunun 2 gün əvvəl reallaşan konsertində tamaşaçılara telefon işlətməyə icazə verilməmişdi.