“Amazon” şirkətinin direktoru Ceff Bezosun sərvəti 15 dəqiqə ərzində 13,2 milyard dollar artıb.
Qadin.Net teleqraf-a istinadən xəbər verir ki, səhmlərin dəyərinin yüksəlməsinə şirkətin rüblük maliyyə hesabatını açıqlaması təsir edib.
“Bloomberg” yazır ki, maliyyə hesabatının dərc olunmasından sonra “Amazon” şirkətinin səhmləri 12% artaraq 2100 dollara yüksəlib. Bu cür göstəricilərlə “Bloomberg Milyarderlər İndeksi”nin qeyd etdiyi kimi C.Bezosun sərvəti 129,5 milyard dollara çata bilər.
Rüblük hesabata görə, şirkətin gəliri 21% artaraq 87,4 milyard dollara, xalis mənfəəti isə 8% artaraq 3,27 milyard dollara çatıb.
Qeyd olunur ki, bununla da Ceff Bezos dünyanın ən varlı adamı titulunu geri qaytarmış olub. Belə ki, o, yanvarın 18-də öz mövqeyini “Microsoft” şirkətinin qurucusu Bill Qeytsə güzəştə getmişdi.