Qadin.NET / SON DƏQİQƏ: Çindən Azərbaycana gələn tələbələr burada saxlanılır

SON DƏQİQƏ: Çindən Azərbaycana gələn tələbələr burada saxlanılır

SON DƏQİQƏ: Çindən Azərbaycana gələn tələbələr burada saxlanılır


Koronavirusun ilk aşkar olunduğu Çinin Vuhan şəhərindən Azərbaycana gələnlərin sərhəd-keçid məntəqələrində yoxlanışından sonra tibbi müşahidədə saxlanılması üçün xüsusi tibb müəssisəsi ayrılıb.

Qadin.Net publika.az-a istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi birgə məlumat yayıb. "Qeyd olunub ki, yanvarın 30-da Vuhan şəhərindən Azərbaycana gələn bir neçə tələbə həmin tibb müəssəsində həkim nəzarətindədir. Həkimlərin verdiyi məlumata əsasən, tələbələrin heç birində koronavirus xəstəliyinin əlamətləri yoxdur.

Karantin müddəti bitdikdən sonra tələbələr evə buraxılacaqlar.

Ümumdünya Səhiyyə Təşkilatının Bakı ofisi, Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bildirir ki, Çində yayılan koronavirus Azərbaycan ərazisində aşkarlanmayıb", - birgə məlumatda vurğulanıb

31 yanvar 2020
GO BACK