Qadin.NET / Bu filmlər dövlət dəstəyilə çəkiləcək!

Bu filmlər dövlət dəstəyilə çəkiləcək!

Bu filmlər dövlət dəstəyilə çəkiləcək!


Mədəniyyət Nazirliyi tərəfindən bədii və animasiya filmi ssenariləri müsabiqəsinin nəticələri bəlli olub.

Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, müsabiqəyə təqdim edilən 90-dək bədii və animasiya filmi ssenarisindən Münsiflər heyəti aşağıda qeyd olunan film layihələrini seçib:

Tammetrajlı bədii

“Olimpiya” – Rüstəm Babazadə
“Zamandan kənarda” – Yavər Rzayev
 “Ata” – Fariz Əhmədov, Esmira Əyyub
“Bağlı otaq” – Ramiz Fətəliyev, Yavər Rzayev

Qısametrajlı bədii

“Borc” – Ülviyyə Heydərova
“Snayper” – Əyyub Qiyas
“Buludlar” – Behzad Əhmədov
“Yonca tarlası” – Bəhruz Mustafayev

Animasiya

 “Tıq-tıq və dostları möcüzələr axtarışında - 2” – Sultan Abbasbəyli

“Dostum Mimi” – Reyhan Yusifqızı

“Sehrli planşet” – Vüqar Haqverdiyev

Dövlət sifarişi ilə film istehsalı üçün ssenari ehtiyatının formalaşdırılması məqsədilə seçilmiş sözügedən ssenarilərə istehsal imkanlarından asılı olaraq filmlər çəkilməsi nəzərdə tutulub.

Qeyd edək ki, müsabiqə Prezident İlham Əliyevin “Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” Sərəncamına əsasən dövlət sifarişi ilə film istehsalını həyata keçirmək, həmçinin milli kinematoqrafiya sahəsində fəaliyyət göstərən şəxslərə dəstək olmaq, onların yaradıcılığını stimullaşdırmaq və yeni yaradıcı qüvvələri kinodramaturgiya sahəsinə cəlb etmək məqsədilə keçirilib.
Dövlət sifarişi ilə film istehsalı üçün Mədəniyyət Nazirliyi tərəfindən gələcəkdə də davamlı olaraq ssenari müsabiqələrinin keçirilməsi planlaşdırılır.

31 yanvar 2020
GO BACK