Simferopoldan Moskvaya uçan təyyarəni partlatmaqla hədələyən qadın sərnişinin şəxsiyyəti məlum olub.
Qadin.Net qafqazinfo-ya istinadən xəbər verir ki, bu, 35 yaşlı Antonina Polodiyantsevadır. 195 nəfər sərnişinin olduğu layneri çantasındakı bomba ilə partladacağını deyən Antonina polis tərəfindən saxlanılıb.
Hazırda o, polis bölməsində dindirilir.