Dünyaca məşhur müğənni Madonna “Madame X” turnesi çərçivəsində verdiyi konsert zamanı tamaşaçılara telefon işlətməyə icazə verməyib.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, konsertə gedənlərə girişdə telefonlarını içlərinə qoymaq üçün xüsusi qablar verilib. Bu da tamaşaçıların telefonlarını yanında aparmasına, ancaq işlədə bilməməsinə şərait yaradıb
Qabların kilidləri yalnız konsertin sonunda açılıb. Telefonunu işlətmək istəyənlər isə mühafizəçilər tərəfindən çölə çıxarılıb.
Biletlər üçün 500 sterlinqdən çox pul xərcləyən fanatların böyük qismi bu qərardan məmnun qalıb. Ciddi rejimdə mühafizə tədbirinin görüldüyü konsertə media nümayəndələrinə məxsus olsa belə, 20 sm-dən artıq çantalarla girişə icazə verilməyib.