Çinin Tibet Muxtar Vilayətində “koronavirus 2019-nCoV” ilə insan yoluxmasının ilk təsdiqlənmiş hadisəsi qeydə alınıb.
Bu barədə RBK Çin Dövlət Səhiyyə Komitəsinin bəyanatına istinadən məlumat yayıb.
Virusun ölkənin bütün bölgələrinə, o cümlədən, mərkəzin tabeliyindəki əyalətlərə, muxtar və xüsusi inzibati rayonlara, həmçinin, şəhərlərə yayıldığı iddia edilir.
Yanvarın 30-u gecə yarısına olan məlumata görə, Çində koronavirusdan ölənlərin sayı 170-ə yüksəlib, yoluxanların sayı isə 7,7 min nəfəri keçib. 170 nəfər xəstəliyin öhdəsindən gələ bilib və artıq evlərinə buraxılıb.ÇXR ilə yanaşı, Yaponiya, Cənubi Koreya, Tailand, ABŞ, Almaniya, Avstraliya, Finlandiya və Fransada da yoluxma halları qeydə alınıb.2019-nCoV virusu insandan insana ötürülür. İnfeksiyanın əsas əlamətləri arasında qızdırma, halsızlıq və öskürək var.