Faciəvi şəkildə həlak olan məşhur basketbolçu Kobe Brayantın həyat yoldaşı Vanessa Brayant əri və qızının faciəli ölümündən sonra ilk dəfə paylaşım edib.
Qadin.Net bildirir ki, “Instagram” səhifəsində çəkdiyi dərdi ifadə edəcək kəlmə tapmadığını deyən Vanessa Brayant dəstək olan hər kəsə təşəkkür edib:
“Qızlarım və mən bu dəhşəti yaşadığımız zamanda bizə dəstək olan və sevgisini göstərən milyonlarla insana təşəkkür etmək istəyirik. Dualarınız üçün minnətdarıq. Dualarınıza ehtiyacımız var.
Sevgi dolu həyat yoldaşım Kobe və şirin qızım Janna-Mariyanın qəfil ölümü ilə məhv olduq. Bazar günü eyni qəzada yaxınlarını itirən digər ailələr üçün də məyus olduq. Onların dərdlərinə yanırıq.
Hazırda ağrımızı sözlə ifadə edə bilmirik. Kobe və Jannanın nə qədər sevildiyini görəndə təsəlli tapıram. Onlarsız həyatı təsəvvür etmək mümkün deyil. Ancaq hər səhər qızım və Kobe üçün oyanmalı və həyatımızı davam etdirməliyik. Onlara olan sevgimiz əbədi və sonsuzdur. Kaş onları bir daha qucaqlayıb öpə bilərdim.
Dərdlərimizi bölüşdüyünüz və dəstəklədiyiniz üçün bir daha təşəkkür edirəm”, - deyə o yazıb.
Xatırladaq ki, əfsanəvi basketbolçu K.Brayant və 13 yaşlı qızı Janna-Mariya Kaliforniyada baş verən helikopter qəzasında həlak olublar